Nepalda böyük qəza: xeyli ölən var | VİDEO

Nepalda böyük qəza:    xeyli ölən var | VİDEO
  23 Fevral 2026    Oxunub:1100
Nepalın mərkəzində sərnişin avtobusu çaya düşüb, 18 nəfər ölüb.
AzVision.az “The Kathmandu Post” nəşrinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, 35-dən çox sərnişin daşıyan avtobus Pokhara şəhərindən paytaxt Katmanduya gedirmiş. Onun Trişuli çayına düşməsinin səbəbi hələ də məlum deyil.

“Ölənlərin sayı 18-ə çatıb. Yaralılardan 25 nəfər xəstəxanaya aparılıb”, - bölgənin yol polisi idarəsinin rəisi Dhadinq Şişir Thapa bildirib.

Nepal ordusunun şəxsi heyəti, polis və yerli sakinlərin iştirakı ilə xilasetmə əməliyyatı başlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Nepal   qəza   ölənlər  



Xəbər lenti